Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) – Azərbaycanda elektron imza təkmil sertifikatlarını təqdim edən Sertifikat Xidmətləri Mərkəzidir.
Sertifikat – imzanın yoxlanılması və imza sahibinin şəxsiyyətinin təsdiqi üçün verilənləri əlaqələndirən elektron vəsiqə hesab edilə bilər. Sertifikat imza nümunəsinə bənzəyir ki, həm açıqdır, həm də onun həqiqiliyini müəyyən etmək olur.
Əlavə məlumat
Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin iyul və növbəti aylarında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin iyul və növbəti aylarında bitəcəyindən, Asan İmza sertifikatları yeniləmək lazımdır.
Əlavə məlumat
Abunəçilər artıq Azərbaycanın müxtəlif bölgələrində “Asan İmza” mobil elektron imza xidmətinə qoşula bilirlər
“Nar Mobile” mobil operatoru göstərdiyi “Asan İmza” mobil elektron imza xidmətinin coğrafiyasını daha da genişləndirdi.
“Asan İmza” layihəsi Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsuludur”. Bu barədə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini Natiq Əmirov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil etdiyi aylıq işgüzar naharındakı çıxışı zamanı bildirmişdir.
Əlavə məlumatAzərbaycan Respublikası Vergilər nazirinin birinci müavini Natiq Əmirov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil etdiyi aylıq işgüzar naharındakı çıxışı zamanı bildirib ki, bu günə qədər Azərbaycanda 55 mindən çox “Asan İmza” sertifikatı verilmiş, “Asan İmza” mobil elektron imza vasitəsilə 3,5 milyona yaxın əməliyyat həyata keçirilmişdir.
Əlavə məlumatArtıq “Asan İmza” SIM kartlarını Şirvan, Mingəçevir, Quba, Siyəzən, Xaçmaz, Bərdə, Gəncə, Biləsuvar, Şəki, İmişli və Ağcabədi şəhərlərində yerləşən Nar Mobile Satış və Xidmət Mərkəzlərində də əldə etmək mümkündür.
Əlavə məlumat